İran: İsrail İranı nüvə obyektlərinə hücumla hədələsə, İran "nüvə doktrinasını" dəyişəcək

İran İnqilabı Keşikçiləri Korpusunun Nüvə Mərkəzlərinin Mühafizə Bölmələrinin komandiri, briqada generalı Əhməd Həktalib bildirib ki, İsrail öz ölkəsinin nüvə obyektlərinə hücumla hədələsə, İran “nüvə doktrinasını” dəyişə bilər.

Tesnim Xəbər Agentliyinin məlumatına görə, Həktalib İsrailin İrana qarşı mümkün hücum ssenarilərini dəyərləndirib

İranın müdafiə sistemlərinin hücumlara müqavimət göstərməyə hazır olduğunu bildirən Həktalib, İsraildəki nüvə obyektlərinin koordinatlarına sahib olduqlarını və İsrailin hücumu zamanı onları raketlərlə vurmağa hazır olduqlarını bildirib.

İran komandiri ölkəsinin “nüvə doktrinası” ilə bağlı açıqlama verməyib.

Qərb ölkələri İranın nüvə fəaliyyətinin nüvə silahı istehsal etmək potensialına malik olduğunu iddia edərək, ona qarşı sanksiyalar tətbiq edir.

Mövsüm

Aznews.az