Peskov Ukrayna ilə bağlı danışıqlar məsələsində irəliləyişin olmadığını açıqlayıb

Ukrayna rəhbərliyi belə bir ehtimalı rədd etdiyi üçün Moskva və Kiyev arasında danışıqlar məsələsində irəliləyiş yoxdur.

Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.

O , Huqo Traversə müsahibəsində münaqişənin həlli üçün Rusiya Federasiyası ilə danışıqların mümkünlüyünü istisna etməyən Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərini belə şərh edib.

Bununla yanaşı, Ukrayna lideri qeyd edib ki, Kiyev Qərb ölkələri ilə birlikdə ilk növbədə öz baxışları ilə bütün məsələlərin həlli ilə bağlı sənəd hazırlamalıdır.

“Kiyev de-yure Moskva ilə hər hansı danışıqların mümkünlüyünü rədd edir və bununla bağlı heç bir irəliləyiş yoxdur. Xüsusi hərbi əməliyyat davam edir”, - deyə prezidentin mətbuat katibi vurğulayıb.

Mövsüm

Aznews.az