- Rusiya və İran
- 20 May 14:39
- 3 767
İran ölkəni idarə etmək üçün altı xüsusi komitə yaratdı
İran prezidentinin səlahiyyətlərini icra edən, birinci vitse-prezident Məhəmməd Möhbər hazırkı dövlət başçısı İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın ölümündən sonra ölkəni idarə edəcək altı xüsusi hökumət komitəsi yaradıb.
Bu barədə İran hökumətinin sözçüsü Əli Bahadori Cəhromi məlumat verib.
“Dünən prezidentin birinci müavini bu günlərdə [İranı] idarə edəcək altı icraiyyə komitəsi yaradıb”, - deyə Bahadori Cəhromi qeyd edib.
Bu siyahıya, xüsusilə dəfn mərasimləri, iqtisadiyyat, media və beynəlxalq məsələlər komitəsi daxil olacaq. Sonuncuya İranın xarici işlər nazirinin müavini Əli Baqeri Kani rəhbərlik edəcək, o, hazırda müvəqqəti olaraq ölkənin xarici işlər naziri təyin olunub. Bahadori Cəhromi iqtisadi komitənin pul və valyuta bazarlarının normal fəaliyyəti, eləcə də istehlak malları və xidmətlər sahəsi ilə məşğul olacağına da aydınlıq gətirib.
Mövsüm
Aznews.az