- Rusiya və İran
- 12 İyun 22:03
- 5 854
Zaxarova: Rusiya ABŞ-nin aqressiv addımlarını cavabsız qoymayacaq
Rusiya Birləşmiş Ştatların aqressiv hərəkətlərini cavabsız qoymayacaq.
Aznews.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Vaşinqtonun yeni anti-Rusiya sanksiyaları tətbiq etməsinə cavab olaraq bildirib.
“Belə hallarda həmişə olduğu kimi Rusiya bu tip aqressiv hərəkətləri cavabsız qoymayacaq”, - XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Rusiyanın “Rusqazdobıça”, “Arktik LNG 1” və “Arktik LNG 3” şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.