KİV İranın Səhənd esminesinin qəzadan sonra tamamilə batması barədə məlumat yayıb

İran Hərbi Dəniz Qüvvələrinə məxsus "Səhənd" freqatı Bəndər Abbas limanında tamamilə batıb.

Bu barədə "NourNews" məlumat yayıb.

“Bazar ertəsi böyük çətinliklə suya qaytarılan “Səhənd” hərbi gəmisi gəmini tutan kəndir qırıldıqdan sonra batıb”, – nəşrin məlumatında deyilir.

Bazar günü gəmi təmir zamanı içəriyə su daxil olması səbəbindən ağır əyilib. İlkin məlumata görə, bir neçə nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Mövsüm

AzNews.az