- Rusiya və İran
- 23 İyul 2024 22:14
- 5 685
Rusiya sanksiyalara cavab olaraq 13 Yaponiya vətəndaşına səyahət qadağası qoyub

Rusiya Federasiyası Yaponiyanın tətbiq etdiyi sanksiyalara cavab olaraq bu ölkənin 13 vətəndaşının ölkəyə girişinə qadağa qoyub.
Yeni persona non-qratanın siyahısı Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
“Xüsusi hərbi əməliyyatla əlaqədar Yaponiyanın ölkəmizə qarşı davam edən sanksiyalarına cavab tədbirləri çərçivəsində 13 Yaponiya vətəndaşının Rusiya Federasiyasına girişinə həmişəlik qadağa qoyulması barədə qərar qəbul edilib”, - nazirliyin açıqlamasında bildirilir.
Mövsüm
AzNews.az