Günay Musayeva əməliyyat olundu

Türkiyə vətəndaşı olan azərbaycanlı model Günay Musayeva əməliyyat olub.


AzNews.az-ın Axşam.az-a istinadən məlumatına görə, bu barədə xəbəri Türkiyə mətbuatı yayıb. Xəbərdə qeyd olunur ki, "Bu stil mənim" yarışmasında türkcə danışdığı üçün qınaq obyektinə çevrilən model yaşadığı stress səbəbindən xəstəxanalıq olub. G.Musayevanın öd kisəsi əməliyyatla götürülüb. Modelin səhhətinin yaxşı olduğu bildirilir. Günayın xəstəxanadan evə nə zaman buraxılacağı isə bilinmir.

Qeyd edək ki, türk mətbuatının yaydığı məlumatda Günayın türkcə danışmasının həm ictimaiyyət, həm də millət vəkili Fazil Mustafa tərəfindən tənqid olunmasına da toxunulub.