Xalq artisti Flora Kərimova Əməkdar artist Röyaya qarşı ağır ittihamlar səsləndirib. Xalq artisti Flora Kərimova Əməkdar artist Röyaya qarşı ağır ittihamlar səsləndirib.

“O, heç vaxt böyük sənətkar ola bilməz” - Floradan Röyaya ağır ittihamlar

Xalq artisti Flora Kərimova Əməkdar artist Röyaya qarşı ağır ittihamlar səsləndirib.


AzNews.az xəbər verir ki, "ATV maqazin onlarla" verilişinə müsahibə verən F.Kərimova Röyanın heç bir zaman sənətkar olmayacağını bildirib: "Röya illərlə gündəmdə ola bilər, amma ürəyi səsləndirən, inləndirən mahnı olmasa onda o müğənni ürəyinizi dinləndirə bilərmi? Yox. O sənətin ömrü də uzun olmur. Röya illərlə gündəmdə ola bilər. Amma o, heç vaxt böyük mənada sənətkar ola bilməz. Bunu mən sənətkar kimi deyirəm".

F.Kərimova Röyanın sənətdə texnikasının olmadığını da vurğulayıb: "Röyanın naxışı onda gətirib ki, mahnıları qəşəngdir. Lakin sənətkara texnika lazımdır. Röya isə eyni tərzdə oxuyur, buna görə də heç bir mahnısı obrazla bir-birindən fərqlənmir".

Bahar RÜSTƏMLİ
AzNews.az