Müğənni Samira səhnə fəaliyyətindən bəhs edib. Müğənni Samira səhnə fəaliyyətindən bəhs edib.

Samira: “Aygün kimi sənətim üçün evimi satmaram”

Müğənni Samira səhnə fəaliyyətindən bəhs edib.


AzNews.az xəbər verir ki, Musavat.com saytına açıqlama verən müğənni sənətini sevsə də, onun üçün riskə getmədiyini bildirib:

"Sənətimi sevirəm, daima yeniliklər etməyə çalışıram. Lakin yeni layihə üçün evimi satmaram. Dəyərli bir şey üçün evimi sataram. Allah uzaq eləsin, əlimyandı halda, sağlamlıq problemlərim üçün pul lazım olsa, evimi sataram. Aygün xanım sənəti üçün evini satıbsa, əcəb edib. Allah canını sağ etsin".

Müğənni özünə qoyduğu qadağalardan da söhbət açıb: "Özümə çox qadağa qoymuşam. Kişilərlə öpüşüb-görüşməyi sevmirəm, ona görə hər zaman uzaqdan salamlaşıram. Ailəli xanımam, hər addımımda ailəmi, həyat yoldaşımı fikirləşirəm. Ona görə də həyat yoldaşım mənə güvənir və qısqanmır. Ailəmə söz gətirəcək hərəkətlər etmərəm. mənim həyat tərzimə uyğun deyil".