Narkotiklə həbs olunan məşhurlar – SİYAHI

İbrahim Tatlısəs kokain qonaqlığı təşkil edib


Adı daha çox narkotik cinayətlərində və ümumiyyətlə, cinayət əməllərinə görə həbs olunan dünyanın məşhur ulduzlarından bəhs edən kitab hazırlanıb. Kitabda Türkiyənin də məşhur sənətçilərinin adları yer alıb.

AzNews.az həmin məşhurların bəzilərinin adalarını təqdim edir.

Yıldız Tilbə: 1996-cı ildə narkotik maddə istifadə etdiyi üçün həbs olunub. Müğənni Y.Tilbe "Balıklı Rum Xəstəxanası"nda narkotikdən qurtulmaq üçün müalicə olunub.

Ebru Şallı: Məşhur model və müğənni Ebru Şallı həmkarı Gözde Tanın polisə verdiyi ifadəsində kokain aləmi olan cinayət qrupunun üzvü olduğu iddiasıyla yaxalanıb.

Fatih Ürək: Polis həbs etdiyi narkotik satıcılarının müştəri dəftərində müğənninin adı yer alıb. Təhqiqat zamanı müğənni Fatih Ürəyin adı narkotik istifadəçilərinin siyahısına daxil edilib.

Azər Bülbül: Müğənni Azər Bülbül də narkotik satıcılarının verdiyi ifadədən sonra yaxalanaraq həbs olunub.

Ceylan: Ceylan Azər Bülbülün meneceri Mustafa Kocadağın Narkotiklərlə Mübarizə idarəsində verdiyi ifadədən sonra yaxalanaraq həbs olunub.

Ebru Şimşək: Ekstazi narkotik həbləri ilə bağlı ilk həbs olunan məşhur model Ebru Şimşək olub.

Sevda Dəmirəl: Model və müğənni Sevda Dəmirəl də ekstazi həb satıcısının ifadəsiylə həbs olunub.

İbrahim Tatlisəs: Məşhur sənətçi İbrahim Tatlısəs də narkotik maddə istifadə etdiyi iddialarıyla İstanbul Narkotik Şöbə İdarəsinin polisləri 1990-cı il aprelin 9-da hərəkətə keçərək sənətçini təqib etməyə başladılar. İ.Tatlısəs həm kokain istifadəçisi olduğu, həm də konsertlərindən əvvəl kokain qonaqlığı təşkil etməkdə təqsirli bilinərək həbs olunub.

Niran Ünsal: Narkotik Şöbə İdarəsinin əməkdaşlarının təşkil etdiyi əməliyyat zamanı həbs olunan müğənni Niran Ünsal, yaxalandıqdan sonra keçmiş həyat yoldaşı Peker Açıkalının da narkotik maddə istifadəçisi olduğu iddia olunub.

Dəniz Səki: 2009-cu ildə təşkil olunan narkotik əməliyyatında narkotik istifadə edən və saxlamaq səbəbiylə həbs olunub. 218 gününü "Bakırköy Qadın Həbsxanasında" keçirən müğənni D.Seki azadlığa buraxılıb. Hazırda da sənətçinin iddiası üzərində təhqiqatlar davam etməkdədir.

Hüsnü Şənləndirici: Klarnet ifaçısı Hüsnü Şənləndiricinin də narkotik istifadəçisi olduğu iddia olunur.

Tarkan: Narkotik Cinayətləriylə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həbs olunan müğənni Tarkan, dindirildikdən sonra ədliyyəyə göndərilib. Prokurorun həbs tələb etməməsi isə onun həbsini rəsmiləşdirməyib, o, azadlığa buraxılıb.

Mayk Tayson: Boksa yeni bir üslub gətirən ağır çəki çempionu M.Tayson, son filmi ilə əlaqədar açıqlamasında heyranlarını məyus edib. 2009-cu il ABŞ istehsalı olan "Fəlaktdən bir gecə" adlı filmdə özünü canlandıran M.Tayson, komediya filmindəki bu rolu narkotik asılılığını etiraf edib. "Dəmir Yumruq" ləqəbli məşhur boksçu, daha əvvəl zorlama cinayətiylə həbs olunub.

Ceyms Broun: Soul musiqi janrının atası Ceyms Broun, dəfələrlə qanunlara qarşı gələrdi ki, bu da onun ən çox vaxt həbs olunmasıyla nəticələnib. Narkotiki yüklü avtomobili yüksək sürətlə idarə etdiyi üçün 1988-ci ildə həbs olunan C.Broun, 1991-ci ildə azadlığa buraxılıb. O, həbsdən çıxdıqdan sonra da cinayət törətməyə davam edib və 2004-cü ildə ailə daxili zorakılıq və təzyiqə görə yenidən həbs olunub.

Paris Hilton: Hilton otellər şəbəkəsinin varisi Paris Hilton 2006-cı ildə sərxoş vəziyyətdə avtomobil idarə etməsi səbəbiylə həbs olunub. 36 ay həbsdə olan və 1500 dollar pul cəzasına məhkum olunan P.Hiltonun sənədlərini dövlət əlindən alıb. Ancaq gənc qadın bir neçə gün sonra avtomobil sürərkən yenidən yaxalanıb. Hakim bu dəfə P.Hiltona 45 gün həbs hökmünü verib. Onun cəzası sonrakı günlərdə iyi hal kimi dəyərləndirilib və 23 günə endirilib.

Fuad Mədətov
AzNews.az