Əməkdar artist Natiq Şirinov iddialı açıqlaması ilə gündəmə gəlib. Əməkdar artist Natiq Şirinov iddialı açıqlaması ilə gündəmə gəlib.

"Heç bir müğənni konsertində zalı doldura bilmir" - Natiq Şirinov

Əməkdar artist Natiq Şirinov iddialı açıqlaması ilə gündəmə gəlib.

AzNews.az istinadən xəbər verir ki, nağara ifaçısı "Xəzər maqazin"ə açıqlamasında müğənniləri konsert zamanı zalı doldura bilməməkdə günahlandırıb:

"Heydər Əliyev Sarayında, Heydər Əliyev Mərkəzində, Yaşıl Teatrda öz gücünə zal dolduran görmədim. Dost-tanışla doldururlar. Bileti qohum-əqrabaya paylayırlar ki, sən canın konsertimə gəl. 2006-cı ildə ilk dəfə olaraq alət üzrə 2 saatlıq konserti mən etmişəm. Sabah konsert afişası vursam, zalı dolduracam".

N.Şirinov keçirilən konsertlərə qonaq kimi dəvət olunduğunu, amma getmədiyini deyib:

"Konsertlər toya oxşayır. Gedib toya qulaq asacam?".