Elza gənc yazarlara “ilişdi”: “Qısqanırlar, etiraf etməyə qorxurlar...”

“Gənc yazarların mənə qarşı qısqançlıqlarını aydın şəkildə hiss edirəm”.

Bunu AzNews.az-a açıqlamasında əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan deyib. Bir müddətdir ki, bilərəkdən geri çəkilən müğənni meydanı həmkarlarına verdiyini qeyd edib: “Dedim görüm nə edəcəklər. Mətbuat nümayəndələri mənə köşə həsr edirlər. Müsahibələr verirəm, amma baxıram ki, mənim fikirim qalır bir yanda, özlərinə sərf edən kimi yazırlar. Yaxşı bir məsəl çəkərdim, ancaq yeri deyil. Şeirlərim göz önündədir, bu haqda yazırsansa, onu sənət baxımından təhlil et. Camaatı maarifləndirmək lazımdır. Mən heç vaxt boş oturmuram, daim axtarışdayam. Azərbaycanda o qədər talantlı insanlar var ki, hamı dayanmadan işləyir. Çox heyif ki, belə insanları izləməyə vaxtım yoxdur. Gənc yazarlarımız var. Amma onların mənə qarşı qısqançlıqlarını aydın şəkildə hiss edirəm. Ona görə də onlar mənim gözümdə adiləşirlər, zəif olurlar. Dəsti-xətləri var. Əgər onlar mənə qarşı qısqanclıq edirlərsə, deməli, məndə nəsə var. Bunu etiraf etməyə belə qorxurlar. Heyfislənirəm”.

Elza Seyidcahan uşaqlıdan şeir yazdığını deyir: “Sadəcə, şeirlərim son illər müzakirə obyektinə çevrilir. Hazırda bir mövzu var, onun üzərində işləyirəm. Tamamlanan kimi mətbuata verəcəm. Özüm də qəsdən sakit dayanmışam, görüm kim nə edəcək? Haqıımda qərəzli yazanlara isə sözüm budur ki, bir-birinizin qısa tumanından, evindən, pulundan, ərindən danışınca, bir-birinizə böhtan atınca, yaradıcılığı müzakirə etsək olmazmı? Qoy danışsınlar. Mən heç vaxt qarşıma məqsəd qoymamışam ki, şair olum. Amma fakt budur ki, artıq şair kimi yetişmişəm, hətta illərini ədəbiyyata həsr edən şairlərdən belə, çox müzakirə olunuram”.

Bahar RÜSTƏMLİ
AzNews.az