Müğənninin vəkilindən sərt cavab

"Bengünün Azeri Aşkı" başlığı altında yazılanların hamısı həqiqətə zidd, Bengü Erdenin şərəf və ləyaqətinə zərər vuran xüsusiyyətdə olması səbəbiylə, xəbərlə əlaqədar bu təkzib yazıları geri götürülsün.




Dünən verdiyimiz xəbərdə türk medyasına yazılanlara əsasən, Bengünün azərbaycanlı iş adamı ilə münasibətdə olduğu açıqlanmışdı. Məşhur türk müğənnisinin vəkili bu barədə mətbuata ətraflı açıqlama verib. "Bengünün Azeri Aşkı" başlığı altında yazılanların hamısı həqiqətə zidd, Bengü Erdenin şərəf və ləyaqətini zərər vuran xüsusiyyətdə olması səbəbiylə, xəbərlə əlaqədar bu təkzib yazıları geri götürülsün. Bengü Erden sənət həyatında uğurlu çıxışları ilə adından söz etdirən, sevilən bir sənətçi olmaqla yanaşı, ailə bağları və həyat tərzi ilə nümunəvi bir insandır. Bengünün hörmətli şəxsiyyəti və xoşbəxt ailə həyatı göz önünə gətirilindikdə sənətçiylə bağlı yayılan bu cür həqiqətə zidd xəbərlər onun həm ailəsi, həm də sevənləri üçün son dərəcə kədərlidir. Nəşr olunan xəbərdə bəhsi keçən hadisələr və hadisələrə bağlı nüanslar tamamilə xəyal məhsulu və qeyri-ciddidir. Yayılan şayələr Bengü Erdenin hörmətli şəxsiyyətini və ailəvi əlaqələrini zədələyici xüsusiyyətdədir. Həqiqətə, qanuna, ictimai əxlaq və prinsiplərinə zidd, obyektivlikdən uzaq, şərəf və ləyaqətə zərər gətirən bu yazılarda Bengünün şəxsiyyət və qüruru qırılaraq cəmiyyət qarşısında kiçik salınmağa çalışılıb. Əgər bu təkzib yazısının dərc edildiyi tarixdən etibarən ən gec üç gün içində əlaqədar nəşrin iştirak etdiyi səhifə və sütunlarda eyni şəkildə yazılar nəşr olunarsa qanuni yollara başvurulacağını bilavasitə xəbərdarlıq edirəm. "


Xəyalə Məmmədova
AzNews.az