- Köhnə - Şou-biznes
- 27 Avqust 2018 17:13
- 4 361
Anar Nağılbazın anası: “Qoymurlar gedib balamı ziyarət edim”

Mərhum reper Anar Nağılbazın anasının səhhəti pisləşib. Bu səbəbdən də o, oğlunun məzarını ziyarət edə bilmir.
AzNews.az xəbər verir ki, Şərqiyyə xanım göz yaşlarına hakim ola bilməyib:
"Ölürəm, balamsız yaşaya bilmirəm. Məni dava-dərmanla saxlayırlar. Yoxsa bu gün də balamın yanına getməyə hazıram. Məzarını da görməmişəm. Qoymurlar, gedib balamın qəbrini ziyarət edim. Qorxurlar ki, elə məzarının başında canımı tapşıraram. Hər gün evdə Anarımın səs yazısını dinləyib, şəkillərinə baxıb, gözümün yaşını tökürəm. Balam ürəyimə dağ çəkdi. Onsuz çətin yaşaya biləcəm."
Səidə,
AzNews.az