“Bir yandan küçə meyxanası, bir yandan da atasız-anasız mahnlar ...” “Bir yandan küçə meyxanası, bir yandan da atasız-anasız mahnlar ...”

Zaur Rzayev telekanalları “topa tutdu”

“Bir yandan küçə meyxanası, bir yandan da atasız-anasız mahnlar ...”



"Vətənpərvərlik ruhunda oxuyan müğənninin gərək özü vətənpərvər olsun". Bunu xalq artisti Zaur Rzayev AzNews.az-a açıqlamasında deyib.

Onun fikrincə, hərbi vətənpərvərlik ruhunda yazılan mahnıların təbliğ olunmaması efir rəhbərlərinin günahıdır: "Vətən haqqında nə qədər çox oxusalar, bir o qədər yaxşı olar. Gənclər düzgün tərbiyyə olunar. Bu ara, çılız mahnılar insanları məhv edib. Bu mahnılar kimə lazımdır axı? Mən demirəm olmasın, olsun. Bu mahnıların da alıcısı var. Vətənpərvərlik ruhunda mahnılar isə ümumiyyətlə az təbliğ olunur. Efirlər verilib, meyxanaçıların ixtiyarına. Nə qədər meyxana olar? Bir yandan küçə meyxanası, bir yandan da atasız-anasız mahnlar, məhv etdi bu cəmiyyəti.

Bahar Rüstəmli
AzNews.az