“Hər kəsə mənə verdiyi qiymətə görə minnətdaram“ - Faiq Ağayev

Xalq artisti Faiq Ağayev son vaxtlar haqqında yazılan xəbərlərlə bağlı danışıb.

Axşam.az-ın məlumatına görə, müğənni "Space" telekanalında yayımlanan "Sehirli pərdə" verilişində səmimi etiraflar edib.

O, hər zaman sənəti üçün çalışdığını və indiyədək heç bir nalayiq hərəkətlərə yol vermədiyini deyib:

"25 ildir səhnədəyəm. Heç kim barmağını qatlayıb deyə bilməz ki, Faiq Ağayevdən bu müddət ərzində televiziyada, mətbuat qarşısında Azərbaycan oğluna nalayiq olan bir hərəkət görüb. Mənim hər zaman özümdən və insanlardan tələb etdiyim vətəni sevmək, valideynin qədrini bilmək, sənətə bağlı və cəmiyyətə yararlı olmaqdır. Hər kəsə mənə verdiyi qiymətə görə minnətdaram".

AzNews.az