Azərbaycanlı müğənnidən təcavüzə etiraz- Foto

Müğənni Nura Suri son günlər Azərbaycanın müxtəlif rayonlarında baş verən zorlamalara etiraz səsini ucaldıb.

Müğənni "Facebook" səhifəsində yazdığı statusda belə faktların artmasından narahatlıq hissi keçirdiyini qeyd edib: "Ölkəmizdə son zamanlar baş verən zorlama faktları həddini aşıb. Çünki seks sözünü deməyə belə utanırlar, qınağa çəkilməkdən qorxurlar. Xaricdə terror sözünə olan reaksiya burada eyniylə seks sözünə bərabərdir. Hamı hamını güdür, sözünü danışır, qeybət və böhtan baş alıb gedir. Ay camaat, həyatınızı yaşayın başqalarınını yaşamağına mane olmayın, cavanları güdməyin, az qınağa çəkin. İnsanlarda (gənclərdə) psixoloji anomaliya mövcudlaşıb. Qızları, oğlanları, heyvanları zorlayırlar. Dəhşətdir".

Elnur
AzNews.az
image description