Mehriban Xanlarova: “Mənim quyruğum Səidə üçün daha maraqlıdır”


Müğənni Səidə Sultanla əməkdar artist Mehriban Xanlarova arasında qalmaqal yaranıb. Buna səbəb bir neçə gün öncə Səidənin nənəsi onu evdə başqa biriylə yaxaladığı haqda açıqlama verməsidi.


Dünən isə "Ümid var" verilişinə qonaq olan əməkdar artist Mehriban Xanlarova Səidənin ünvanına tənqidi fikirlər deyib. Müğənni Səidə isə verilişə qoşularaq onu təhqir edib. O, bildirib ki, "Bakı balaca şəhərdi və insanların başqasının quyruğundan xəbəri var".

Bundan sonra Mehriban Xanlarovanın halı pisləşib və verilişi tərk edib.
Məsələnin təfərrüatlarını öyrənmək üçün AzNews.az-ın əməkdaşı əməkdar artistlə əlaqə saxlayıb. O, verilişi dərman içmək üçün tərk etdiyini bildirib:

"Mən bir az emosionalam. Gördüm ki, dayana bilmirəm, dedim ki, dərman içməyə gedirəm. Mən haqqa tərəfəm, amma kimsə məni haqsız çıxarmağa çalışsa, buna dayana bilmirəm".

Mehriban xanım Səidə Sultanın "Bakı balaca şəhərdir və insanların başqasının quyruğundan xəbəri var" sözlərinə də münasibət bildirib:

"Mən anlaya bilmirəm ki, o, hansı quyruqdan danışır. Bakı Balaca şəhər olsa da, mən onu tanımıram. Nə də mənim onun quyruğundan xəbərim yoxdur. Əgər o, mənim quyruğumla maraqlanırsa, yol açıqdır. Deməli, mənim quyruğum onun üçün daha maraqlıdır. Mənim quyruğum və köküm təmizdir. O kökün də bir nümayəndəsi də mənəm. Mən o verilişdə ekspert kimi qatılmışdım. Ona görə də, məsələlərə cavab verməliydim, fikrimi bildirməliydim. Fikrimsə bundan ibarətdir ki, Səidə düş eləməyib. Gör nə zəmanəyə çatmışıq ki, dost nənənin üzünə tüpürür, nəvə öz rahatlığına görə nənəni küçələrə atılır. Açığı mən gözləyirdim ki, Səidə efirə gəlib nənəsini aparacaq. O isə gəlmədi, telefonla qoşulub, vəziyyəti bir qədər də gərginləşdirdi və həm də bunla öz tərbiyəsini və əxlaqını nümayiş etdirdi".

Bahar Rüstəmli
AzNews.az