“Şeron” konsertə hazırlaşır

"Şeron" qrupu Bakıda konsert verəcək.


Bu barədə AzNews.az-a qrupun üzvü Ülvü Cəfərov məlumat verib.

Onun sözlərinə görə, uzun zamandır bu konsert layihəsi nəzərdə tutulsa da, müəyyən səbəblər ucbatından yubanıb: "Konsert bir az məsuliyyətli işdir. Amma üzümüzə gələn ildən "Şeron" konsert verəcək. Bu konsert ya Yaşıl Teatrda, ya da Heydər Əliyev Sarayında baş tutacaq".

Hazırda qrup üzvləri 4 mahnıya eyni vaxtda müraciət edib. Mahnılar belə adlanır - "Yağmur", "Aşığım"," Azərbaycan", Hardasan".

Ü.Cəfərov deyir ki, bu mahnıların ikisi oynaq, ikisi isə lirikdir:

"Mahnıların bəzləri hazırdır, biri isə aranjimandadır. Yaxın günlərdə mahnılar tamaşaçıların ixtiyarına veriləcək. Hacı Nazimin "Yağmur" mahnısına isə klip çəkdirmək istəyirək. Belə fikirimiz var ki, həmin klipi Türkiyədə çəkdirək".

"Şeron" "Yağmur" üçün rejissor da tapıb. Qrup belə qənaətə gəlib ki, həmin klipi türk rejissoru ekranlaşdırsın.

Bahar Rüstəmli
AzNews.az