Nərimanov rayonunda yaşayış binasında yanğın baş verdi - FOTO

Bakı şəhərinin Nərimanov rayonunda İzzəddin Həsənoğlu küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Aznews.az xəbər verir ki, hadisə binanın 13-cü mərtəbəsində yerləşən mənzilin mətbəxində baş verib.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Yanğının səbəbi hələlik məlum deyil.

Təhlükəsizlik məqsədilə bina sakinləri təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.

image description image description image description