Bazar ertəsi günü Tehranda həftəlik mətbuat konfransında çıxış edən Bəqai, İran-ABŞ danışıqlarında irəliləyişin olmamasının səbəblərinin aydın olduğunu və buna birmənalı baxılmamalı olduğunu qeyd edib.
O, İRNA-nın danışıqların qarşısında duran əsas maneələr barədə sualına cavab olaraq bildirib ki, "Qarşı tərəfin daim fikirlərini dəyişdiyi, yeni və ya ziddiyyətli tələblər irəli sürdüyü və fərqli və ziddiyyətli media mesajları göndərdiyi şəraitdə bu vəziyyətin danışıqlar prosesinin uzanmasına səbəb olması təbiidir".
Bəqai İranın iki tərəf arasında etimadsızlığın tam fərqində olaraq danışıqlara girdiyini və etimadsızlığın əvvəldən prosesin əsas xüsusiyyəti olduğunu vurğulayıb.
Mövsüm,
AzNews.az