Tehran və Vaşinqton arasında danışıqlar və mesaj mübadiləsi davam edir - İran XİN

İranın xarici işlər naziri Abbas Əraqçi İran və ABŞ arasında danışıqların və mesaj mübadiləsinin davam etdiyini və hazırda deyilən hər şeyin fərziyyə olduğunu bildirib.

Bazar günü axşam İranın dövlət televiziyasına danışan yüksək vəzifəli diplomat danışıqların hələ də davam etdiyini və qəti bir nəticəyə çatana qədər onlarla bağlı heç bir qərar verilə bilməyəcəyini söyləyib.

O əlavə edib ki, buna görə də, hazırda ABŞ-İran danışıqları ilə bağlı deyilən hər şey fərziyyədir və onlara əhəmiyyət verilməməlidir.

Həmçinin bildirək ki, Tehran və Vaşinqton 8 apreldə atəşkəs qüvvəyə mindikdən bəri danışıqlar aparırlar.

Mövsüm,

AzNews.az