Teleaparıcı qızını almaq üçün məhkəməyə müraciət etdi

Bir müddət öncə ayrılan tanınmış teleaparıcılar Azər və həyat yoldaşı Vüsalə İsmayılovların barışıq xəbəri yalan çıxıb.

AzNews.az xəbər verir ki, axşam.az saytına açıqlama verən Azər artıq məhkəməyə müraciət etdiyini deyib: "Münasibətlərimiz düzəlmədi, barışmamışıq. Qızımı 6 aydır görmürəm. Onu mənə vermir. Övladımın üzünə həsrətəm. Məhkəməyə vermişəm, qanunla qızımı ondan alacağam".

Azər həmçinin deyib ki, tezliklə yeni layihə ilə tamaşaçıların görüşünə gələcək: "Qanunla" adlı veriliş hazırlayıram. Burada ehtiyacı olanlara hüquqi cəhətdən kömək edəcəyik. Cinayət istisna olmaqla, bütün ehtiyacı olanları vəkillə təmin edəcəyik. Maraqlı və səs-küylü layihə olacağına inanıram".

AzNews.az