Kris Braun Rihannanı bir daha ağlatdı...


Oprah Vinfreyin aparıcılıq etdiyi proqrama qonaq olan Rihanna göz yaşlarını saxlaya bilməyib. AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, 2009-cu ildə ayrıldığı sevgilisi Kris Broun haqqında ilk dəfə Oprah Vinfreyin proqramında danışıb.

Brounun döyməsi ilə xəstəxanalıq olan Rihanna "o dövrdə nə hiss edirdin?" sualı qarşısında ağlayıb. Yaşadıqlarının çox utancverici olduğunu bildirən müğənni bu hadisədən sonra ən yaxın dostlarını itirdiyini deyib.

Səadət Abbaslı
AzNews.az