Primadonna ŞƏRT qoydu: “Pulumu verin, tərifləyim”

"Bankda hesab açdırmışam. Kim mənim sayəmdə tanınmaq istəsə, tərif istəsə, o hesaba pul yatırmalıdır". Lent.az-ın məlumatına görə, ATV-nin "Gündəlik Mətanətlə" verilişinin qonağı olan xalq artisti İlhamə Quliyeva daha sonra bildirib:

"Avropada böyük sənətkarların yanında görünmək istəyən sənətçilər pul ödəyirlər. Artıq mən də bu qaydanı tətbiq etmişəm. Kim tərif və ya tanınmaq istəsə, hesabıma pulu yatırsın. İstedadsızlar hesabıma pul ödəsələr belə, onlara dəstək olmayacam. Bu qayda yalnız istedadı olanlara aiddir. Bundan sonra heç kimi elə belə tərifləməyəcəm. Ovcuma da kimsə üç, beş manat qoya bilməz. Yalnız bank hesabıma ödənməlidir. Bu qanun Türkiyədə də belədir. Orada Bülənt Ersoy da belə edir".

AzNews.az