- Köhnə - Şou-biznes
- 6 May 2014 08:35
- 5 779
Ayan: “Qorxuram gecələrdən”- VİDEO
AzNews.az xəbər verir ki, mahnı "Qorxuram gecələrdən" adlanır. Bu mahnıya qrafist Asif Bafoğlu müğənninin sonuncu fotosessiyalarından ibarət rolik hazırlayıb və Ayan xanıma hədiyyə edib. Müğənni Ayan yeni mahnısı ilə bağlı açıqlama verib. O bildirib ki, mahnının adını eşidəndə düşünürdülər ki, qəmgin mahnıdır: "Əslində bu, çox dinamik, gözəl mahnıdır. Onu o qədər gözəl əhval-ruhiyyə ilə ifa etmişəm ki, istəyirəm klip də gözəl olsun. Bu mahnıya Ceyhun İbrahimoğlu ekran həyatı verəcək."
Qeyd edək ki, mahnının musiqisi Elçin İmanova, sözləri Zenfira Əlişqızına məxsusdur.
Bahar
AzNews.az