Somaya yardım kampaniyasına daha bir müğənni qoşuldu - Açıqlama

Xalq artisti Nisə Qasımova bir aylıq Prezident Təqaüdünü Türkiyədə baş verən mədəm faciəsi ilə əlaqədar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yardım fonduna bağışlamas;ndan sonra daha bir əməkdar artist - Cavanşir Məmmədov da bu kampaniyaya qoşulmaq qərarını verib.

C.Məmmədov AzNews.az-a açıqlamasında deyib ki, o, hər zaman belə faciələrlə bağlı yardım kampaniyasının önündə gedib: "Faciədir, hər zaman hər şey ola bilər. Odur ki, belə məsələlərdə diqqətli olmalıyıq. Mən xahiş edirəm, bu kampaniyanı keçirən şəxslərdən ki, hesab nömrəsini mənim şəxsi telefonuma göndərsin. Mən mütləq o aksiyada iştirak edəcəm. Amma nə qədər yardim etmək istədiyimi açıqlamaq istəmirəm. Yəni onu mən bir də Allah biləcək".

Qeyd edək ki, Türkiyədə baş verən mədəm faciəsi ilə əlaqədar Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən yardım kampaniyasına başlanıb. Kampaniya çərçivəsində 6157 AZN (7847 USD) məbləğində vəsait yığılıb. Kampaniyada iştirak etmək istəyən şəxslər 493-84-81 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Bahar Rüstəmli
AzNews.az