"Axmaq insanlara başa sala bilmirəm ki, duet oxumaq o demək deyil ki, müğənni naz-qoz, “otkaz” edir" "Axmaq insanlara başa sala bilmirəm ki, duet oxumaq o demək deyil ki, müğənni naz-qoz, “otkaz” edir"

Röya ilə Elton qalmaqalı telefonla həll olundu – AÇIQLAMA

"Axmaq insanlara başa sala bilmirəm ki, duet oxumaq o demək deyil ki, müğənni naz-qoz, “otkaz” edir"



"Röya ilə Elton arasında heç bir şey baş verməyib. Sadəcə olaraq, bəzi saytlarda çalışan müxbirlər ağlına gələnlərini, bilib-bilmədən nə gəldi yazıblar. Elton da həmin saytlara zəng edib, deyib ki, niyə belə yazmısınız? Onlar da deyiblər ki, belə eşitmişik. Daha sonra Elton açıqlama verib və müxbir də guya ki, xəbərində düzəliş edib. Əslində, normal müxbir əvvəlcə zəng edib soruşar, sonra xəbər yazar. Yazıb, sonra zəng edib soruşmaz".

Bu fikirləri AzNews.az-a açıqlamasında müğənni Röya Ayxanın prodüseri Kənan Bayramov səsləndirib. Prodüser bildirib ki, Röya ilə Eltonun telefon danışıqlıqları olub və münasibətlərinə aydınlıq gətiriblər: "Bu barədə şəxsən mən də, Röya da Eltonla telefonla danışmışıq. Röya ilə Elton bir-birilərini başa düşüblər. Münasibətlərinə aydınlıq gətiriblər. Bu məsələnin heç kimə aidiyyəti yoxdur. Kimə nə lazımdırsa, zəng edib soruşa bilərlər. İki nəfərə cavab verəcəyik, sonra söhbət saqqız kimi uzanacaq.

Normal insan belə şeylərə fikir verməz, müğənnilər haqqında qərar çıxarmaz. Sözüm olanda Eltona, Eltonun da sözü olanda mənə zəng edir. Bəzi insanlar kimi hansısa sayt vasitəsiylə sözümüzü çatdırmırıq. Ancaq hər iki tərəfin birlikdə ifa edəcəyi mahnı duet deyil. Duet ifa olunacaq mahnı Eltonun da, Röyanın da səslərinə, üslubuna uyğun mahnı olmalıdır. Hər ikisi də eyni vaxtda, eyni mahnını oxumaq istəməlidir. Mən-sən onu-bunu istəməklə, duet alınmır. Eltona deyilib ki, duet oxunulacaq. Amma nə Elton, nə də biz mahnı tapa bilməmişik. Bu məsələdən prodüser Anar Mədətov da xəbərdardı. Elton da, biz də bir neçə mahnıların üzərində işlədik, amma fikirlərimiz dəyişdi. Bu, o demək deyil ki, Elton bizə müraciət edib və biz də ona "yox" demişik. Sadəcə, ortada mahnı yoxdur. Hazırda kiməsə deyib və bir günün içində "hə" cavabını alıbsa, bu, Eltonla duet oxumamağa qarşı çıxmaq deyil".

K.Bayramov müğənni və bəstəkar Rəhim Rəhimli ilə Röyanın dost olduğu halda, duet oxumamasını nümunə göstərib: "Duetə qalsa, Röyanın şou-biznesdə ən yaxın dostu, müğənni və bəstəkar Rəhim Rəhimlidir. Amma hər ikisi duet oxumayıbılar. Deməli, onların ortaq razılaşacağı mahnı yoxdur. Niyam Səlami Rəhimdən sonra gəldi, amma Rəhimi qabaqladı. Çünki duet oxunulacaq mahnı var idi. Bunu, axmaq insanlara başa sala bilmirəm ki, duet oxumaq o demək deyil ki, müğənni naz-qoz, "otkaz" edir. Duetin mahnısı olmalıdır".

Fuad Mədətov
AzNews.az