Saleh Bağırov İTV-dən ayrılır

İctimai televiziyanın simalarından biri olan, tanınmış teleaparıcı Saleh Bağırov çalışdığı televiziyadan uzaqlaşır. Bu barədə S.Bağırov "facebook" sosial şəbəkəsindəki səhifəsində yazdığı müraciətində qeyd edib. O, əvvəlcə özü haqqında qısa arayış verib, ardınca isə telekanaldan uzaqlaşmasının və hansı səbəblərə görə yazıb paylaşmasını izah etməyə çalışıb.

AzNews.az teleaparıcının müraciətini olduğu kimi təqdim edir:

"Xanımlar və cənablar! Əziz dostlar!

Ən əsası isə çox dəyərli tamaşaçılarım!!!))

Yəqin hiss etmisiniz ki, heç vaxt uzun-uzadı status yerləşdirməyi və vaxt almağı sevmirəm!!! İlk dəfə olaraq bir qədər geniş status yerləşdirəcəm və vaxtınızı alacağıma görə bəri başdan sorry!!!))

Efirdə işlədiyim 12 il ərzində (bunların 5-i radio, 7-i isə TV) Allaha çox şükürlər ki, harada olmuşamsa, sizdən ancaq gözəl münasibət, sevgi və hörmət görmüşəm! Bu, hər aparıcıya nəsib olan xoşbəxtlik deyil və buna görə də özümü ayrıca bəxtəvər insan hesab edirəm!!! Çox sağ olun!))

Yəqin ki, bu münasibətinizi qazanmağımda 3 hədəf əsas rol oynayir! Peşəmə dəlicəsinə bağlılığım və sevgim… dayanmadan üzərimdə calişmağım və tamaşaçılarıma böyük hörmətlə yanaşmağım!! Təşəkkür sizə, bir daha!!!))

Adətən efirlərimlə, çıxışlarımla, apardığım tədbirlərlə, bir sözlə, fəaliyyətimlə bağlı sizinlə statuslarımda bölüşürəm! Yenə də daha bir xəbəri sizinlə paylaşmaq qərarına gəldim!!! Əsasən də ona görə ki, sonradan cürbəcür sözlər eşitsəniz çaşqın qalmayasınız və düzgün informasiyanı məndən eşidəsiniz!!!)))

Artıq neçə illərdir ki, İTV və TRT-Avaz arasındakı sıx əməkdaşlıq gözünüz önündədir! Bu əməkdaşlığın bariz nümunəsi "Yeni gün" proqramımdakı ortaq yayımlar, telekörpülərdir ki, məncə, bu verilişlərin hər bir buraxılışı böyük Türk dünyasına əvəzsiz xidmət və töhfədir!! Çox şadam ki, belə bir beynəlxalq əhəmiyyətli layihələrin, telekörpülərin aparıcısı Azərbaycan tərəfdən məhz mən olmuşam!!!

Məhz bu əməkdaşlıq çərçivəsində mən Saleh Bağırov bir neçə gündən sonra 3 ay müddətinə Azərbaycanı tərk edirəm və efir həyatımı, çalışmalarımı qardaş Türkiyənin TRT-Avaz telekanalında davam etdirəcəm!!!

3 aydan sonra fəaliyyətimin Azərbaycanda, ya Türkiyədə davam edəcəyi barədə heç nə deyə bilmərəm. Bunu zaman göstərəcək!!! Özümə və mənə hörmətlə yanaşan hər birinizə bir daha təşəkkür edib, uğurlar diləyirəm!!!)) Çox sağ olun ki, varsınız!!!))

Bəlkə şablon və ya qeyri-səmimi səslənər, amma növbəti cümləm faktdır....

Tamaşaçılarıma hər zaman böyük hörmət və ehtiramla yanaşan SALEH BAĞIROV!!!))".

Fuad Mədətov
AzNews.az