Modelimiz fransız markasının siması seçilib – FOTOSESSİYA

ABŞ-ın Nyu-York şəhərində yaşayan və orada çalışan "Best model of the World" beynəlxalq müsabiqəsinin qalibi, top-model Rüstəm Cəbrayılovdan xəbər var.

AzNews.az-ın məlumatına görə, R.Cəbrayılov məşhur fransız brendi "Sandro"nun payız-qış mövsümünün siması seçilib. Bu brendin top-model iştirakı ilə çəkilən reklam modaya həsr olunan bütün nüfuzlu nəşrlərdə və onun şəkilləri "Sandro"nun rəsmi saytında yer alıb.

Qeyd edək ki, iki il əvvəl Azərbaycandan ABŞ-a gedən R.Cəbrayılov, hazırda Nyu-Yorkda "Red Model Management" məşhur model agentliyi ilə ikiillik müqavilə əsasında çalışır.

Fuad Mədətov
AzNews.az
image description image description image description