Gəncədə ata, ana və nənə 13 yaşlı qızdan imtina edib

Gəncədə 13 yaşlı qız uşaq evinə verilməsi üçün 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasına gətirilib.

Aznews.az xəbər verir ki, 2013-cü il təvəllüdlü F.Səfərovanı xəstəxanaya nənəsi gətirib.

O, nəvəsinin uşaq evinə verilməsini istəyir.

Qeyd edək ki, F.Səfərovadan öncə atası, bir müddət sonra isə anası imtina edib. O, körpəliyindən nənəsinin himayəsi altında yaşayıb.