Çingiz Mustafayev “Bakı Beynəlxalq Caz Festivalı-2012”də

Bu gün "Bakı Beynəlxalq Caz Festivalı-2012" çərçivəsində müğənni Çingiz Mustafayevin Caz Mərkəzində konsert proqramı olacaq. AzNews.az-ın məlumatına görə, müğənninin konsert proqramı saat 21:00-da başlayacaq.

Qeyd edək ki, oktyabrın 25-dək davam edəcək festival çərçivəsində dünyanın tanınmış caz ustaları və qruplarıyla yanaşı, Azərbaycan musiqiçilərinin də paytaxtımızın bir çox mədəniyyət ocaqlarında (Heydər Əliyev Sarayında, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Bakı Caz Mərkəzində və Beynəlxalq Muğam Mərkəzində) geniş konsert proqramları təşkil olunacaq.

Fuad Mədətov
AzNews.az