"Mən və həyat yoldaşım ona dualar edəcəyik” "Mən və həyat yoldaşım ona dualar edəcəyik”

Mitt Romni: “Ölkə seçkilərdə başqa lideri seçdi...“

"Mən və həyat yoldaşım ona dualar edəcəyik”



Prezident seçkilərində respublikaçıların namizədi Mitt Romni rəqibi Barak Obamanı qələbə münasibətilə təbrik edib.

APA-nın ABŞ-a ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, əvvəlcə Obamaya telefonla zəng vuran Romni daha sonra Bostonda seçiciləri qarşısında çıxış edib. O, seçkilərdə respublikaçıları dəstəkləyən bütün seçicilərə təşəkkür edib.

"Ümidvaram ki, Barak Obamanın prezidentlik fəaliyyəti uğurlu olacaq. Mən Amerikaya və Amerika xalqına inanıram. Demokrat olsun, ya respublikaçı, fərqi yoxdur, ölkənin rifahı və inkişafı naminə hər şey etmək lazımdır. Ölkə başqa lideri seçib, buna görə mən və həyat yoldaşım ona dualar edəcəyik".

AzNews.az