Rusiya hərbi gəmiləri Bakı buxtasına girəcək

Rusiyanın Xəzər dəniz donanmasının qəmiləri Azərbaycan limanına gələcək.


2016-cı ildə Xəzər dəniz donanması Azərbaycan, Qazaxıstan və İran limanlarına dost səfəri edərək bir sıra beynəlxalq yarış və təlim keçirəcəklər.

Xəzər dəniz donanmasının komandanı kontr-admiral İqor Osipovun TASS agentliyinə verdiyi məlumata görə, ilin ikinci yarısında Maxaçqalada yerləşən hərbi qəmi bölüyü "Adeks-2016" hərbi-dəniz sərgisində iştirak etmək üçün Bakıya, İranın Bəndər-Ənzəli limanı və Qazaxıstanın Aktau limanına gələcək.

Bu il həmçinin "ArMİ-2016"- "Dəniz kuboku" hərbi oyunlarının keçirilməsi planlaşdırılır. Bu yarışlar xəzəryani ölkələrin iştirakı ilə Xəzər dənizi akvatoriyasının orta hissəsində və Kaspiysk və Maxaçqala şəhərlərində yerləşən təlim komplekslərində baş tutacaq. Yarışların proqramının keçən illə müqayisədə çətiləşdiriləcəyi gözlənilir – qəminin davamlılığı və dənizə düşən insanların xilas edilməsinə dair yarışlar əlavə ediləcək.

Qeyd edək ki, 2015-ci ildə "Xəzər Kuboku" hərbi oyunları 3-15 avqust tarixlərində baş tutub.

Həmin vaxt oyunların keçirildiyi Rusiyanın Həştərxan şəhərinə Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin gəmiləri də getmişdi.

Anspress.com