Rəsul Quliyevin nümayəndəsi Türkiyədə gizli görüşlər keçirir

Eks-spiker Rəsul Quliyevin Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğlu Noyabrın əvvəlindən Türkiyədə səfərdədir. Səfərin əsas məqsədi MHP-nin qurultayına qatılmaq olsa da, o, bir sıra gizli siyasi görüşlər də keçirir.

Əldə etdiyimiz məlumata görə, həmin görüşlərdə əsas 2013-cü ildə keçiriləcək prezident seçkiləri və eks-spikerin seçkilərə qatılması müzakirə mövzusu olub.

AzNews.az-ın əməkdaşı görüşlərlə bağlı Ağasif Şakiroğlu ilə əlaqə saxlayıb. O görüşlər barədə yayılan məlumatı təkzib etməyib. Şakiroğlu deyib ki, görüşlərin bəziləri bağlı qapı arxasında keçirilib: "Bir neçə gündür Türkiyə Böyük Millət Məclisində bir sıra görüşlər keçirilib.

Görüşlər davam edir. Bu gün Türkiyə Böyük Millət Məclisi İdarə Əmiri AKP-li millət vəkili Mustafa Kabakcı və Türkiyə Büyük Millət Məclisi AKP millət vəkili qrup başqanı Salim Uslu ilə görüşlərim olub. Çox səmərəli söhbətlər etmişik. İnanıram ki, bu görüşlərin Azərbaycann demokratikləşməsində, insan haqları baxımından və 2013-cü il prezident seçkiləri müsbət təsirləri olacaq".

İlkin Pirəli
AzNews.az