“Gürcüstan prezidenti Georgi Marqliyaşvilinin Azərbaycana səfəri planlaşdırılır”. “Gürcüstan prezidenti Georgi Marqliyaşvilinin Azərbaycana səfəri planlaşdırılır”.

Marqvelaşvili Azərbaycana gələcək

“Gürcüstan prezidenti Georgi Marqliyaşvilinin Azərbaycana səfəri planlaşdırılır”.


Bu sözləri Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə birgə təşkil edilən mətbuat konfransında deyib.

Nazirlər iki ölkə arasında qaz alış-satışı ilə bağlı razılıqdan da danışıblar. Gürcü qonaq yeni qaz saizişini yüksək qiymətləndirib. "Azərbaycan və Gürcüstan həm nəqliyyat, həm də enerji sahəsində yüksək səviyyədə əməkdaşılıq edir. Biz çalışmalıyıq ki, bu əməkdəşlıq daha da inkişaf etsin".

Gürcü nazir həmçinin bildirib ki, iki ölkə Avropanın enerji təhlükəsizliyində böyük rola malikdir.

Mixeil Canelidze əməkdaşlığın ən vacib sahələrindən birinin enerji sahəsi olduğunu qeyd edib: "Bizim ölkədə son illər qaza tələbat artıb. Azərbaycan da strateji tərəfdaş kimi nəql etdiyi təbii qazın həcmini artırmağa razılıq verdi, müvafiq saziş imzalandı. Enerji haqqında danışanda qeyd etməliyik ki, bu il Bakı-Supsa layihəsinin 20 illiyidir. Bu layihə bir neçə strateji layihənin əsasını təşkil edib".

Nazirlər arasında son görüşü fevralın 19-da baş tutub. Həmin görüş Gürcüstanın paytaxtı Tiflisdə təşkil edilib. Görüşdə Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri ilə yanaşı Türkiyənin də XİN rəhbəri iştirak edirdi. Hər üç XİN rəhbəri görüşün sonunda bəyanatla çıxış ediblər.

anspress.com