Çex Parlamentinin sədri Azərbaycanda- FOTO

Çex Respublikası Parlamentinin sədri Yan Xamaçekin rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana səfərə gəlib.


AzNews.az-ın Trend-ə istinadən məlumatına görə, qonağı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Milli Məclisin sədrinin müavini Valeh Ələsgərov və digər rəsmi şəxslər qarşılayıb.

Y. Xamaçekin Azərbaycanda bir sıra rəsmi şəxslərlə görüşlər keçirməsi nəzərdə tutulur. Görüşlərdə iki ölkə arasında əlaqələrin mövcud durumu və əməkdaşlığın gələcək inkişaf perspektivlərinin müzakirə olunacağı gözlənilir.

Səfərin martın 15-ə qədər davam edəcəyi planlaşdırılır.