“Azərbaycan və Ermənistanın hərbi gücünü müqayisə etmək səhvdir” “Azərbaycan və Ermənistanın hərbi gücünü müqayisə etmək səhvdir”

Oqtay Əsədov Qüdrət Həsənquliyevə cavab verdi

“Azərbaycan və Ermənistanın hərbi gücünü müqayisə etmək səhvdir”



AzNews.az-ın məlumatına görə, BAXCP sədri Qüdrət Həsənquliyev çıxışında bildirib ki, iqtisadi sahədə islahatlar aparılmalıdır. O, 2013-cü il dövlət büdcəsində hərbi xərclərin 25 faiz artırılmasını da təklif edib: "Ordumuzu gücləndirməliyik. Xarici qüvvələr bizim üçün işğal altında olan torpaqları azad etməyəcək. 3-4 ildən sonra Azərbaycanın ordusu Ermənistanın ordusu ilə eyni vəziyyətdə olacaq".

Q. Həsənquliyev Naxçıvan Muxtar Respublikasına 2013-cü ildə ayrılan vəsaitin 1 faiz azaldılmasının da düzgün olmadığını bildirib.

MM sədri Oqtay Əsədov isə deyib ki, Azərbaycanın hərbi büdcəsi kifayət qədərdir: "Azərbaycan və Ermənistanın hərbi gücünü müqayisə etmək səhvdir. Amma biz ölkəmizi militarist ölkə elan edə də bilmərik".

İlkin Pirəli
AzNews.az