Azərbaycan Prezidenti İlham Əliyev Niderland Kralı Villem-Aleksandra təbrik məktubu ünvanlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Niderland Kralı Villem-Aleksandra təbrik məktubu ünvanlayıb.

İlham Əliyevdən 2 təbrik məktubu

Azərbaycan Prezidenti İlham Əliyev Niderland Kralı Villem-Aleksandra təbrik məktubu ünvanlayıb.



AzNews.az-ın məlumatına görə, təbrikdə deyilir: "Niderland Krallığının milli bayramı - Kral günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı və xoşbəxtlik, dost Niderland xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Dövlət başçısı Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Gedleyihlekisa Zumanı da təbrik edib.

Məktubda qeyd olunub: "Cənubi Afrika Respublikasının milli bayramı - Azadlıq günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında əlaqələrin genişlənməsi, dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi arzulayıram".