“Belə görünür ki, E.Abdullayev kimi görürmüşsə, onun video görüntüsünü yazırmış" “Belə görünür ki, E.Abdullayev kimi görürmüşsə, onun video görüntüsünü yazırmış"

YAP rəsmisi: “Elşad Abdullayev yaydığı videolarla nəyəsə nail ola bilməyəcək”

“Belə görünür ki, E.Abdullayev kimi görürmüşsə, onun video görüntüsünü yazırmış"



"Əgər Elşad Abdullayevin nə isə problemləri varsa, bu barədə müraciət etməlidir. Video yaymaqla nəyəsə təsir göstərmək mümkün deyil". Bunu AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

YAP-çı millət vəkili söyləyib ki, Elşad Abdullayevin yaydığı videolar arasında hər cür adamlara rast gəlinə bilər. Onun fikrincə, hətta həmin materiallar arasından E.Abdullayevin vaxtilə rektoru olduğu Azərbaycan Beynəlxalq Unversitetinin müəllimlərinin də videosu çıxa bilər: "Belə görünür ki, E.Abdullayev kimi görürmüşsə, onun video görüntüsünü yazırmış. Güman edirəm ki, Nərimanov rayon məhkəməsinin keçmiş hakiminin də videosu bu xobbinin təsiri altında yazılıb. Hər halda yayılan bütün videolar ciddi hüquqi və elektron ekspertiza olunmalıdır. Mən indi deyə bilmərəm ki, yayılan videolardakı doğru və ya saxtadır. Bütün bunlar ekspertizadan sonra bəlli olacaq. Amma Elşad Abdullayev yaydığı videolarla nəyəsə nail ola bilməyəcək".

Sabiq rektorun hazırda Fransada yaşamasına da toxunan M.Qurbanlı deyib ki, Elşad Abdullayev Fransa-Azərbaycan münasibətləri fonunda çox kiçik şəxsdir: "Hazırda Fransa ilə Azərbaycan arasında ikitərəfli əlaqələr çox normal məcrada inkişaf edir. Düşünürəm ki, bunu dövlətlərarası münasibətlər fonunda müqayisə etmək düzgün olmaz. E.Abdullayevin yaydığı videolar onun ətrafında olan 1-2 şəxsin fəaliyyətinin nəticəsidir. Bunu Fransa dövləti səviyyəsində yozmaq çox gülməli olar".

Millət vəkili həmçinin qeyd edib ki, Azərbaycan hakimiyyəti çox güclüdür və xalqla prezidentin vəhdəti var: "Hazırda Azərbaycan prezidentinin xalq arasında reytinqi yüksək səviyyədədir. E.Abdullayevin yaydığı videolar Azərbaycanda ictimai-siyasi həyata və bütövlükdə ictimai rəyə təsir göstərə bilməz".

Vasif Həsənli
AzNews.az