- Köhnə - Siyasət
- 8 İyun 2016 16:52
- 8 289
“Razılaşmayanı gecəylə evindən oğurlayırlar” - Politoloq
Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin Mardin vilayətində terror aktı törədilib. Polis idarəsinin önündə bomba yüklü maşının partladılması nəticəsində çox sayda ölən və yaralananlar var.
AzNews.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Mardində baş verən terror aktını şərh edib. E.Şahinoğlunun sözlərinə görə, PKK-çılar artıq mülki vətəndaşlara qarşı hücuma başlayıblar: "PKK bu gün də Mardində partlayış törətdi. Aqoniya içindədirlər. Əvvəl hərbçləri və polisləri qətlə yetirirdilər, indi mülki vətəndaşları – yaşlıları, qadınları və uşaqları hədəf alıblar. Hələ bir yekə-yekə "kürdlərin azadlığı uğrunda" savaşdıqlarını deyirlər. PKK onlarla razılaşmayan kürdləri də öldürür, gecə ikən evlərindən oğurlayırlar. Qətliamlar həyata keçirən PKK Avropa ölkələrində, o cümlədən Almaniyada dərin kök salıb".
E.Şahinoğlu bildirib ki, Avropa ölkələri PKK-ya birbaşa silah və sursat vermir: "Ancaq elə PKK-nın Almaniyada topladığı xərac həmin silahların alınmasına və həmin silahlar vasitəsilə mülki insanların qətliamına yönəlib. Türkiyə ordusu və polisi şərq bölgəsinin müxtəlif qəsəbələrində PKK-ya ağır zərbələr endirdikcə, terrorçular açıq savaşdan qorxaraq "vur və qaç" taktikasına keçiblər".
Bahar RÜSTƏMLİ
AzNews.az