- Köhnə - Siyasət
- 14 İyun 2016 15:02
- 11 162
Ərdoğan Putinə məktub göndərdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə təbrik məktubu ünvanlayıb.
AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, məktubda Rusiya günü münasibətilə rusları təbrik edən Ərdoğan rəsmi Ankara və Moskva arasındakı münasibətlərin "layiqli səviyyəyə" çıxmasını arzulayıb.
AzNews.az sözügedən məktubun mətnini təqdim edir:
"Çox hörmətli cənab prezident! Türkiyə xalqı adından sizin timsalınızda bütün rusları Rusiya günü münasibətilə təbrik edirəm. Həmçinin, gələcək zamanda Rusiya və Türkiyə arasında münasibətin layiqli səviyyəyə çıxmasını arzulayıram".
Bundan əlavə, Türkiyənin baş naziri Binəli Yıldırım Rusiya Nazirlər Kabinetinin rəhbəri Dmitri Medvedevə ünvanladığı məktubda ölkələr arasındakı əməkdaşlıq və münasibətin xalqların ümumi maraqları üçün lazımi səviyyəyə çatmasına ümid etdiyini ifadə edib.
Aydan AXUNDOVA