Erməni nazir Bakıda sərsəmlədi

Ermənistanın keçmiş xarici işlər naziri, bu ölkənin "İrs" partiyasının rəhbəri Raffi Ovannisyan bu gün Bakıda işə başlayan Asiya Siyasi Partiyaları beynəlxalq konfransında təxribat xarakterli çıxışlar edib.

Sabiq erməni nazir həyasızcasına Sumqayıtı ermənilərin qədim yaşayış yeri adlandırıb: "Dağlıq Qarabağın işğal edilməsini yalnız Türkiyə və Azərbaycan hesab edir, amma Ermənistan tərəfi belə hesab etmir.

Dağlıq Qarabağ respublikadır və çox yaxşı olar ki, bu dövlətin müstəqilliyini ilk olaraq Azərbaycan tanısın. Bu münaqişənin həlli ilə bağlı beynəlxalq danışıqlar davam etdirilməlidir. Biz Dağlıq Qarabağı işğal faktı hesab etmirik."

Vasif Həsənli
AzNews.az