Azər Həsrət: “Dövlətimiz G.Əhmədova ilə bağlı lazımi addımları atacaq” Azər Həsrət: “Dövlətimiz G.Əhmədova ilə bağlı lazımi addımları atacaq”

“Gülər Əhmədova kişi olsaydı...”

Azər Həsrət: “Dövlətimiz G.Əhmədova ilə bağlı lazımi addımları atacaq”



"2010-cu ildə keçirilən seçkilərdə bütün potensialımı ortaya qoymadığım üçün Gülər Əhmədovaya qalib gələ bilmədim". Bunu AzNews.az-a açıqlamasında sabiq millət vəkili G.Əhmədova ilə eyni seçki dairəsindən deputatlığa namizəd, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət deyib.

A.Həsrət hakim Yeni Azərbaycan Partiyası G.Əhmədovanı 34 saylı dairədən namizəd kimi irəli sürdüyü üçün seçkilərdə geri çəkildiyini söyləyib: "Çox təəssüflər olsun ki, YAP-ın böyük potensialı ola-ola, G.Əhmədova seçkilərdə inzibati resurslardan, məktəb direktorları, ölkə ictimaiyyətinin tanıdığı fəal qadınlar və digər şəxslərdən istifadə edib. G.Əhmədova seçkilərdə təmsil etdiyi partiyanın adına ləkə gətirib. Mən G.Əhmədovanı 1994-cü ildən tanıyıram. Hər halda o da məni tanıyar. G.Əhmədovanın "video qalmaqalı" ortaya çıxandan sonra belə, mən onun əleyhinə həyata keçirilən hər hansı kampaniyalarda iştirak etmirəm. Əminəm ki, dövlətimiz G.Əhmədova ilə bağlı lazımı addımları atacaq. Hazırda onun məsələsilə bağlı istintaq işi də həyata keçirilir. Gülər Əhmədova kişi olsaydı, onun bu vəziyyətinə bəlkə də sevinərdim. Amma, G.Əhmədova qadın olduğu üçün buna sevinə bilmirəm və sevinməyi özümə yaraşdırmıram".

Vasif Həsənli
AzNews.az