Rayonlara yeni icra başçıları təyin olunacaq - EKSKLÜZİV

Bir neçə gün öncə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi, rayon və şəhər icra hakimiyyəti başçılarının iştirakı ilə müşavirənin keçirilməsi haqqında xəbər vermişdik.
AzNews.az-a Administrasiyadakı qaynaqlardan daxil olan məlumata görə, ilin sonu, 2013-cü ilin ilk üç ayı içərisində Bakı şəhərinin rayonlarını çıxmaq şərtilə yerli icra hakimiyyəti başçılarını yeniləri əvəz edəcək.

Məlumata görə, bu proses iki-üç mərhələdə aparılacaq. Birinci mərhələdə 4-5, ikinci-üçüncü mərhələdə isə ümumilikdə 6-ya yaxın içra hakimiyyəti başçısı vəzifələri ilə vidalaşacaq.

Məlumatda o da vurğulanır ki, vəzifələrindən uzaqlaşdırılacaq icra başçıları yeni təyinatla "mükafatlandırılmayacaqlar". Yəni əvvəllər olduğu kimi bir rayondan çıxarılaraq başqa bir rayonun icra başçısı vəzifəsinə təyin edilməyəcəklər.

Inci
AzNews.az