- Köhnə - Siyasət
- 7 Noyabr 2016 21:51
- 3 972
Paolo Gentiloni: “İtaliya Dağlıq Qarabağ məsələsində vasitəçilərin rolunu sürətləndirməyə çalışacaq”

"Biz ATƏT-də sədrliyimiz dövründə və BMT TŞ-də qeyri daimi üzv olarkən dondurulmuş münaqişələr adlandırdığımız məsələlərlə məşğul olacağıq”.
APA-nın məlumatına görə, bu sözləri Bakıda mətbuat konfransında İtaliyanın xarici işlər naziri Paolo Gentiloni deyib.
O bildirib ki, İtaliya xüsusilə Dağlıq Qarabağ məsələsində vasitəçilərin rolunu sürətləndirməyə çalışacaq: "Həmçinin digər prioritet sahələr də mövcuddur. ATƏT-də digər ölkələrlə miqrasiya məsələsinə toxunacağıq. Bu gündəmdə olan məsələdir".
AzNews.az