"Bu dövlətlər arasında normal danışıqlar məcrasında qəbul olunmuş qərardır" "Bu dövlətlər arasında normal danışıqlar məcrasında qəbul olunmuş qərardır"

YAP-dan Qəbələ RLS-lə bağlı RƏSMİ MÖVQE

"Bu dövlətlər arasında normal danışıqlar məcrasında qəbul olunmuş qərardır"



"Rusiyanın Qəbələ RLS-dən imtina etməsi bu ölkənin Azərbaycanla münasibətlərinə mənfi təsir göstərməyəcək". Bu barədə jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, deputat Əli Əhmədov bildirib.

O qeyd edib ki, Azərbaycan tərəfindən Qəbələ RLS-nin icarəsinin davam etdirilməsi üçün müəyyən addımlar atılıb: "İcarə müddətinin artırılması Azərbaycan tərəfindən təklif edilib. Rusiya sadəcə olaraq bu təklifi qəbul etməyib.

Hesab edirəm ki, iki ölkə arasında normal münasibətlər var. RLS-dən imtina məsələsi də hesab edirəm ki, dövlətlər arasında normal danışıqlar məcrasında qəbul olunmuş qərardır.

Əgər qarşılıqlı razılaşma əsasında bu qərara gəlinibsə o zaman bu, iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb ola bilməz".

YAP sədr müavini deyir ki, Azərbaycan tam müstəqil bir dövlətdir, bütün parametrlərlə öz dövlət müstəqlliyini nümayiş etdirir və Qəbələ RLS-in fəaliyyətinin dayandırılması iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olmayacaq: "Bizim ölkələrin arasındakı münasibətləri formalaşdıran və bu münasibətlərin indiki durumda olmasını şərtləndirən çoxlu səbəblər var. İqtisadi, humanitar, mədəni və sair münasibətlər mövcuddur və bütün bunların hamısı iki dövlət tərəfindən qarşılıqlı maraqlar əsasında münasibətlərin formalaşmasını şərtləndirir".

Azərbaycanın RLS dən istifadə edib etməməsinə gəlincə Ə.Əhmədov deyib ki, ehtiyac olarsa bu barədə müvafiq mütəxəssislər rəy verəcək.

İlkin
AzNews.az