Şeyx Əbdül Mahmudbəyov: “Bunlar fırıldaq, “maşşenik”, yalançı, adamlıqda - kişilikdə haqqı qoymayan insanlardır” Şeyx Əbdül Mahmudbəyov: “Bunlar fırıldaq, “maşşenik”, yalançı, adamlıqda - kişilikdə haqqı qoymayan insanlardır”

“Hacıbala Abutalıbov mənlə məzələnir”

Şeyx Əbdül Mahmudbəyov: “Bunlar fırıldaq, “maşşenik”, yalançı, adamlıqda - kişilikdə haqqı qoymayan insanlardır”


Bunu AzNews.az-a açıqlamasında əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov bildirib. Aktyor Bakı Şəhər İcra Hakimiyyətini yalançı qurum adlandıraraq başına gələnlərlə bağlı ilginc açıqlma verib:
"Hacıbalanın təşkilatı yalançı bir qurumdu. Bunlar "sənə ev verəcəyik" deyə evimi ucurtdular. Dedilər ki, bir həftəyə kimi sənə ev verəcəyik. Amma ikinci aya girib, ortada heç nə yoxdur. Bunlar fırıldaq, "maşşenik", yalançı, adamlıqda - kişilikdə haqq qoymayan insanlardır. Fikirləşdim ki, mən bunların səviyyəsinə düşə bilmərəm. Ona görə də qurumu rəsmi şəkildə məhkəməyə verdim. Bütün yoxlamaların- o cümlədən "Baksovet" və tikinti aparan təşkilatın verdiyi qərarlar əlimdə ola-ola Hacıbala Abutalıbov mənimlə məzələnir".

Bahar Rüstəmli
AzNews.az