AXCP Ali Məclisinin sədrindən xəbər var AXCP Ali Məclisinin sədrindən xəbər var

“Həsən Kərimov müayinə olunur”

AXCP Ali Məclisinin sədrindən xəbər var




Bu barədə məlumatı AzNews.az-a Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı verib. F.Qəhrəmanlı bildirib ki, H.Kərimov hələ müayinə olunur: "O, xəstəxanada ürəyindən müayinə olunur. Vəziyyəti qənaətbəxşdir. Onun Azərbaycana dönüşünün vaxtı barədə məndə məlumat yoxdur".

Qeyd edək ki, AXCP Ali Məclisinin sədri Həsən Kərimov bir neçə gündür ki, ürəyindən müalicə olunmaq üçün Türkiyəyə gedib.

Xatırladaq ki, İctimai palatanın "2 aprel" aksiyası zamanı Həsən Kərimov polisin kobud münasibət ucbatından xəstəxanaya düşmüşdü. Həmin zaman onun səhhətində yaranan böhranı Türkiyədəki həkimlər aradan qaldıra bilmişdi.

İlkin
AzNews.az