ABŞ-ın dövlət katibi Reks Tillerson və Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. ABŞ-ın dövlət katibi Reks Tillerson və Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə fəal köməyini davam etdirəcək - Tillerson

ABŞ-ın dövlət katibi Reks Tillerson və Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Məlumatda deyilir ki, tərəflər prosesin sülh yolu ilə nizamlanmasının irəliləməsi üzrə fikir mübadiləsi aparıblar.

"Vyanada və Sankt-Peterburqda əldə edilən razılaşmaların yerinə yetirilməsinin zəruriliyini vurğulanıb. Dövlət katibi Tillerson bildirib ki, ABŞ münaqişənin sülh yolu ilə həllinə fəal köməyini davam etdirəcək", - məlumatda deyilir.